BMT rәsmisi Türkiyәyә tәşәkkür edib

Birləşmiş Millətlər Təşkilatı (BMT) taxılın tәhlükәsiz daşınması ilә әlaqәdar göstәrdiyi sәylәrә görә Türkiyәyә tәşәkkür edib.

1861077
BMT rәsmisi Türkiyәyә tәşәkkür edib

Birləşmiş Millətlər Təşkilatı (BMT) taxılın tәhlükәsiz daşınması ilә әlaqәdar göstәrdiyi sәylәrә görә Türkiyәyә tәşәkkür edib.

BMT baş katibinin humanitar məsələlər üzrə köməkçisi Martin Qriffits BMT-nin Nyu-Yorkdakı mәnzil-qәrargahında keçirilən mətbuat konfransında çıxış edib.

Martin Qriffits fevralın 24-dәn etibarәn Ukrayna ilə Rusiya arasında davam edən müharibə səbəbindən Qara dənizdə qalan taxılın beynəlxalq bazara çatdırılmasına imkan verən “İstanbul Taxıl Müqaviləsi” ilә әlaqәdar ciddi səylər göstərən Türkiyə səlahiyyətlilərinə təşəkkür edib.

Türkiyənin Ukrayna limanlarındakı taxılın təhlükəsiz şәkildә daşınması üçün göstәrdiyi sәylәrә  diqqət çəkən Martin Griffiths deyib:"Türkiyə və ordusu ilə İstanbulda Ortaq Koordinasiya Mərkəzində oturmaq bizim üçün son dərəcə vacibdir. Bütün bu danışıqların mərkəzində Türkiyə və Türkiyə ordusu olub və bu 3 aylıq müddət ərzində onlar bir sıra  danışıqlar aparıblar".

Xatırladaq ki, iyulun 22-dә İstanbulda Ukrayna limanlarında gözləyən taxılın daşınması sazişinin imzalanma mərasimi baş tutub. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibi Antonio Quterreş, Rusiya və Ukrayna nümayəndə heyətləri iştirak edib.

Qara dənizdən taxıl məhsullarının təhlükəsiz daşınması üçün yaradılan Birgə Koordinasiya Mərkəzi iyulun 27-də İstanbulda Milli Müdafiə Universitetinin әrazisindә  fəaliyyətə başlamışdı.



Әlaqәli Xәbәrlәr