Bu ölkədə quraqlıq və aclıqdan 900-dən çox adam həyatla vidalaşıb

Həyatını itirənlərin əksəriyyəti uşaqlar və qocalardır

1859182
Bu ölkədə quraqlıq və aclıqdan 900-dən çox adam həyatla vidalaşıb

 

  Uqandanın şimalındakı Karamoja bölgəsində quraqlığın yaratdığı aclıqdan 900-dən çox adam həyatını itirib.

  “Daily Monitor” bölgə rəsmilərinin məlumatlarına əsasən, fevral ayından Kaabonqda 259, Napakda 49, Kotidoda 626 nəfərin aclıq və aclıqdan qaynaqlanan xəstəliklərdən öldüyünü yazıb. Həyatını itirənlərin əksəriyyəti uşaqlar və qocalardır.

  Əkinçilik və heyvandarlığın ən aşağı nöqtəyə gəldiyi bölgəyə göndərilən ərzaq yardımı ötən həftə kifayət etməyib.

  Yerli rəsmilər hökuməti bölgəyə yardımı artırmağa çağırır.

  BMT-nin məlumatına görə, regionda hər 10 nəfərdən 8-i qida çatışmazlığı və aclıqdan əziyyət çəkir.



Әlaqәli Xәbәrlәr