İyulun 11-dә “Şimal axını 1” boru kәmәrindә başlayan təmir işləri başa çatdırılıb

Rusiya qazını Almaniyaya nәql edәn ən böyük boru kəməri olan “Şimal axını 1”də iyulun 11-də başlayan təmir işləri başa çatdırılıb və təbii qaz axını bərpa edilib.

1857719

“Şimal axını 1” boru kəməri Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr tәbii qaz nəql edir.

Bazarlar və şirkətlər fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi səbəbindən kəmərin uzun müddәt bağlı qalacağından narahat idilər.

Ancaq boru kəmərinin  təmiri nəzərdə tutulmuş müddətdə başa çatdırılıb.

Bu saatlaradәk boru kәmәri vasitәsilә 48 milyon kubmetr hәcmindә təbii qaz nәql edilib.

Sutkada 160 milyon kubmetr tәbii qaz ötürmə qabiliyyətinə malik boru kəməri vasitәsilә təmirə qədər 60-65 milyon kubmetr qaz nәql edilirdi.

Әlaqәli Xәbәrlәr