Çində qasırğa həyatı ifliç etdi, onlarla yaralı var

Çinin Lianyunqanq şəhərində (Şərqi Tszyansu əyaləti) qasırğa olub.

1857869
Çində qasırğa həyatı ifliç etdi, onlarla yaralı var

Çinin Mərkəzi Televiziyası bildirib ki, bu barədə şəhər administrasiyası məlumat yayıb.

Məlumata görə, təbii hadisə zamanı azı 25 nəfər xəsarət alıb, bir nəfər ölüb.

Tornadonun mərkəzində küləyin sürəti saatda 220 kilometrə çatıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, 2 200-dən çox insan bu və ya digər şəkildə zərər çəkib.

Yaralıların xəstəxanalara çatdırılması üçün təbii fəlakətin baş verdiyi ərazilərə 120-yə yaxın təcili yardım maşını göndərilib. Qasırğa 3 min 148 yaşayış binasına ziyan vurub və şəhərə dəyən ümumi birbaşa iqtisadi ziyan 9,61 milyon dollar qiymətləndirilir.



Әlaqәli Xәbәrlәr