“Rusiya SSRİ-nin Soyuq Müharibə dövründə belə bunu etməmişdi”, O.Şolz

Almaniya kansleri Olaf Şolz bəyan edib ki, imperializm Avropaya qayıdır

1855989
“Rusiya SSRİ-nin Soyuq Müharibə dövründə belə bunu etməmişdi”, O.Şolz

 

  Almaniya kansleri Olaf Şolz bəyan edib ki, imperializm Avropaya qayıdır.

  “Frankfurter Allgemeine” qəzetində çıxan məqaləsində O.Şolz yazıb: “Həqiqət budur ki, imperializm Avropaya qayıtdı.

  Bir çox ölkə sıx iqtisadi əlaqələrin və qarşılıqlı asılılığın eyni zamanda sabitliyi və təhlükəsizliyi təmin edəcəyinə ümid bəsləyirdi. Rusiya prezidenti Vladimir Putinin 24 fevraldan bəri Ukraynaya qarşı apardığı müharibə bu ümidi gözə çarpan şəkildə dağıtdı.

  Rusiya raketləri təkcə Ukraynanı yox, həm də Avropa və beynəlxalq sülh nizamını məhv etdi.

  Putin qaz nəqlini dayandıraraq enerjini silah kimi istifadə edir. Rusiya SSRİ-nin Soyuq Müharibə dövründə (1947-1991) belə bunu etməmişdi.

  Almaniya ordusu və mülki müdafiə strukturları Rusiya enerjisindən həddindən artıq asılıdır. Soyuq müharibədən sonra “saxta təhlükəsizlik hissi” yaranmışdı.

  Son illər Avropa İttifaqının geosiyasi rol alması ilə bağlı tez-tez və haqlı çağırışlar edildi.

  Aİ Putinin neo-imperializminin müvəffəqiyyətli olmayacağını qətiyyətlə bildirir.

  Avropa İttifaqı imperializmin və avtokratiyanın canlı antitezidir. Üzv dövlətlər arasındakı fikir ayrılıqları bizi zəiflədir. Birliyimizi qorumalı və dərinləşdirməliyik.

  Rəqib böyük qüvvələrin olduğu bu dünyada səsimizi duyurmaq istəyiriksə, xarici siyasətdə milli vetolara dözə bilmərik.

  Vladimir Putinin Ukrayna və Şərqi Avropanın digər ölkələri ilə münasibətləri neokolonial xarakter daşıyır. Rusiya başçısı açıq şəkildə Sovet İttifaqı və ya çar imperiyası modelinə əsaslanan yeni bir imperiya arzusundadır.”



Әlaqәli Xәbәrlәr