Liviyada girov götürülәn qeyri-qanuni miqrantlar xilas edilib

Liviyada girov götürülәn  110 qeyri-qanuni miqrant ordu tərəfindən xilas edilib.

1854677
Liviyada girov götürülәn qeyri-qanuni miqrantlar xilas edilib

Liviyada girov götürülәn  110 qeyri-qanuni miqrant ordu tərəfindən xilas edilib.

Liviya Müdafiə Nazirliyindәn verilәn açıqlamada qaçırıldıqdan sonra müxtəlif işgəncə və şantajlara məruz qalan 110 Banqladeş vətəndaşı üçün xilasetmə əməliyyatının keçirildiyi bildirilib.

Əməliyyatın keçirildiyi bölgə ilə bağlı məlumat verilməsə də, miqrantları qaçıranların  doqquz Banqladeş vətəndaşı olduğu qeyd edilib.

Onların 2 Liviya vәtәndaşı ilә əməkdaşlıq etdiklәri bildirilib. Dәstә üzvlәri barәsindә istintaqın başlanılmasına dair qәrar verilib.

Liviya ordusu mayın 16-da 5 filippinli gənc qadının xilas edildiyini açıqlamışdı.

Liviya Şimali Afrikadan Avropaya qanunsuz keçmək istəyən qeyri-qanuni miqrantların ən çox istifadə etdiyi marşrutlardan biri hesab olunur.



Әlaqәli Xәbәrlәr