Güclü külәr ABŞ qırıcısını dәnizә salıb

Aralıq dənizində güclü külək Amerika Birlәşmiş Ştatlarına mәxsus  “Harry S. Truman” aviadaşıyıcısının göyərtəsindəki “F-18/A Super Hornet” qırıcısını dənizə salıb.

1854315

Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

ABŞ Hәrbi Dәniz Qüvvәlәrindәn verilәn mәlumatda deyilir:“İyulun 8-də “F-18” qırıcısı Aralıq dənizində gözlənilmədən kəskin hava şəraiti səbəbindən göyərtədən dənizə düşüb’’.

Məlumata görə, insident nəticəsində 1 hərbçi yaralanıb, aviadaşıyıcının özü və onun üzərində yerləşən təyyarə tapşırıqlara hazırlıq vəziyyətindədir. Qurumdan bildirilib ki, hadisənin səbəbi araştırılır.

Әlaqәli Xәbәrlәr