Krıma getmək istəyən BMT heyətinə icazə verilmədi

Rusiya 2014-cü ildə ilhaq etdiyi Krıma bölgədəki insan haqlarının vəziyyətini araşdırmaq istəyən BMT-nin nümayəndə heyətinin daxil olmasına icazə verməyib.

1852424
Krıma getmək istəyən BMT heyətinə icazə verilmədi

Rusiya 2014-cü ildə ilhaq etdiyi Krıma bölgədəki insan haqlarının vəziyyətini araşdırmaq istəyən Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətinin daxil olmasına icazə verməyib.

Baş katib Antonio Quterreşin BMT-nin İnsan Hüquqları Şurasına təqdim etdiyi “Ukraynanın Krım Muxtar Respublikası və bir müddətdir işğal altında olan Sevastopolda insan haqlarının vəziyyəti” mövzusunda hesabatında bölgədəki son vəziyyət dəyərləndirilib.

Krımda insan haqları pozuntusu qurbanları ilə təkbətək müsahibələrdən əldə edilən məlumatların yer aldığı hesabatda qurbanların dediklərinin müxtəlif mənbələrdən də təsdiqləndiyi bildirilib.

Hesabatda Rusiyanın müəyyən etdiyi qaydaların Krımda mətbuat azadlığına və məlumat əldə etməsinə mənfi təsir göstərdiyi qeyd edilib və Rusiyanın Krımda fərqli siyasi baxışları susdurduğu vurğulanıb.

Krımda din və etiqad azadlığının da təzyiq altında olduğu, Krımda yaşayan "Yehovanın Şahidləri" xristianlarının “ekstremist qrup” kimi qələmə verildiyi, fəaliyyətlərinin qadağan edildiyi bildirilib.

Bundan əlavə, Krımın Aluşta şəhərində bir imamın məsciddə təbliğat apardığı üçün cərimə olunduğu ifadə edilib.

Bildirilib ki, BMT nümayəndə heyətinin Krımda insan haqlarının vəziyyəti ilə bağlı son hadisələri araşdırmaq üçün nəzarətsiz çıxış tələbi Rusiya tərəfindən rədd edilib, ona görə də nümayəndə heyəti Krıma daxil ola bilməyib.

Hesabatda ifadələri yer alan Quterreş "Rusiya Federasiyasının şərtlərinə görə İnsan Haqları Ali Komissarlığı Baş Assambleya qərarına uyğun olaraq Krımda yerində fəaliyyət aparmaq üçün uyğun yol tapa bilmədi" bəyanatını verib.



Әlaqәli Xәbәrlәr