Fransa prezidenti Emmanuel Makron və İsrailin Baş naziri Yair Lapid Parisdə görüşüb.

Fransa prezidenti Emmanuel Makron və İsrailin Baş naziri Yair Lapid Parisdə görüşüb.

1852354
Fransa prezidenti Emmanuel Makron və İsrailin Baş naziri Yair Lapid Parisdə görüşüb.

Fransa prezidenti Emmanuel Makron və İsrailin Baş naziri Yair Lapid Parisdə görüşüb.

Yelisey sarayında baş tutan  görüşdən əvvəl Makron və Lapid birgə mətbuat konfransı keçiriblәr.

Mәtbuat konfransında çıxış edәn Emmanuel Makron deyib ki, İranın nüvə proqramı və regional fəaliyyətləri Fransa və Avropa maraqlarına, eləcə də İsrailin ətraf mühitinə təsir edən böhranlar sırasındadır.

Fransa prezidenti İranın nüvə fəaliyyətləri ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı KOEP adlanan razılaşmanın yenidən yerinə yetirilməsinə dair danışıqları әn qısa  zamanda yekunlaşdırmaq istədiklərini bildirib.

Emmanuel Makron  deyib: ‘‘İsrail ilә bu razılaşmanın İranın sabitliyi pozan fəaliyyətlərini məhdudlaşdırmaq üçün kifayət etməyәcәyi mәsәlәsindә hәmfikirik’’.

“İsraillilərlə fələstinlilər arasında siyasi dialoqun bərpasına alternativ yoxdur” deyәn Emmanuel Makron Fransanın bu dialoqun bərpasına töhfə verməyə hazır olduğunu qeyd edib.

Makron Livan və İsrail arasında dəniz sərhədi danışıqlarına xələl gətirəcək hər hansı fəaliyyətdən çəkinməyin vacibliyini vurğulayıb.

Lapid isə öz növbәsindә  İranın KOEP  müqaviləsini pozduğunu, nüvə proqramını inkişaf etdirməyə davam etdiyini və dünyadan məlumatı gizlətdiyini iddia edib.

 



Әlaqәli Xәbәrlәr