Rusiya yenidən Qərbi ittiham edib

Rusiya Ukrayna ilə davam edən müharibədə yenidən Qərbi ittiham edib.

1851581
Rusiya yenidən Qərbi ittiham edib

Rusiya Ukrayna ilə davam edən müharibədə yenidən Qərbi ittiham edib.

Kremlin sözçüsü Dmitri Peskov “Rossiya 1” televiziyasında yayımlanan proqramın qonağı olub.

Dmitri Peskov Qərbin Ukraynaya müharibəni uzatmaq üçün təzyiq etdiyini iddia edib.

“Qərblilər sülh və danışıqlarda maraqlı deyil, onlar müharibəni uzatmağa çalışırlar", -deyə Peskov qeyd edib.

Peskov bildirib ki, ABŞ-ın rəhbərliyi altında ukraynalılara sülh haqqında düşünməyə və danışmağa icazə verilmir.

Qərb liderlərinin son bəyanatları ilə bağlı sualı cavablandıran Dmitri Peskov deyib:

“İndi vəziyyəti yumşaltmaq üçün təşəbbüslərə tələb azalıb. Amma biz şübhə etmirik ki, gec-tez sağlam düşüncə qalib gələcək. Və yenidən danışıqlar aparmağın vaxtı çatacaq, lakin bundan əvvəl ukraynalılar bir daha bizim bütün şərtlərimizi başa düşməli, onlarla razılaşmalı, oturub bir çox cəhətdən artıq razılaşdığımız sənədi düzəltməli olacaqlar”. 

Rusiya sözçüsü bildirib ki, Avropa liderləri yalnız öz ölkələrinin maraqlarını düşünürlər.



Әlaqәli Xәbәrlәr