Maqdalena Andersson: "Terrorçuların ekstradisiyasına dair müqaviləyə əməl edəcəyik"

İsveçin Baş naziri Maqdalena Andersson Türkiyə ilə qəbul edilən razılaşmaya və terrorçuların ekstradisiyasına dair müqaviləyə əməl edəcəklərini bildirib.

1851245

Magdalena Andersson "Almedalen Siyasət Forumu"nda verdiyi açıqlamada, sözügedən müqavilənin məzmunu ilə bağlı məlumat verməyəcəyini qeyd edərək deyib:

“Biz Türkiyə ilə razılaşmaya və ekstradisiya ilə bağlı müqaviləyə əməl edəcəyik”. 

Terror fəaliyyəti ilə məşğul olmayanların narahat olmasına ehtiyac olmadığını deyən Andersson "İsveç vətəndaşı olanlar milli və beynəlxalq hüquqa görə ekstradisiya edilə bilməz. Əgər terror fəaliyyətlərində iştirak etməmisinizsə, narahat olmağa ehtiyac yoxdur" ifadələrdən istifadə edib.

Andersson İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesləri barədə Türkiyə ilə keçən həftə İspaniyadakı NATO Liderlər Toplantısı öncəsi imzalanan üçtərəfli memorandumda Türkiyəyə ciddi güzəştlər verildiyi və ictimaiyyətdə sərt tənqidlərə məruz qaldığına dair suallara isə cavab verməyib.

Әlaqәli Xәbәrlәr