Ukrayna Prezident Ofisi Rusiya ordusunun ilan adasından çıxmasına münasibət bildirib
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Rusiya Müdafiə Nazirliyinin Qara dənizdəki İlan adasından könüllü olaraq çıxdığı ilә bağlı bəyanatı “yalan”dır.
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Rusiya Müdafiə Nazirliyinin Qara dənizdəki İlan adasından könüllü olaraq çıxdığı ilә bağlı bəyanatı “yalan”dır.
Bu barәdә Andrey Yermak rәsmi Telegram kanalında bәyanat verib.
"İlan adasında artıq ruslar yoxdur. Ukrayna Silahlı Qüvvələri hәyata keçirdiyi müvәffәqiyyәtli әmәliyyat nәticәsindә onları adadan çıxarıb",-deyә Andrey Yermak vurğulayıb.
Ukrayna Baş Qərargah rəisi Valeriy Zalujni də Ukrayna ordusunun hücumlarına tab gətirə bilməyən rus qoşunlarının İlan adasını tərk etmәk mәcburiyyәtindә qaldığını bildirib.
Ukrayna Silahlı Qüvvələrinin cənub bölməsi bundan əvvəl verdiyi mәlumatda Ukrayna ordusunun uğurlu əməliyyatı nəticəsində rusların iki qayıqla İlan adasını tərk etdiklәrini bildirib.
Rusiya Müdafiə Nazirliyinin verdiyi bәyanatda deyilir: “Bu gün xoşməramlı addım olaraq Rusiya hərbçiləri İlan adasında tapşırıqları yerinə yetirib və orada yerləşən qarnizonu geri çəkiblər”.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb