"Türkiyənin iki ölkənin NATO-ya üzvlüyü ilə bağlı konsensusa qoşulmasından məmnunam", E.Makron

Fransa Prezidenti Emmanuel Makron Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı Alyansdakı konsensusa qoşulmasından məmnun olduğunu bildirib.

1850475

İspaniyanın paytaxtı Madriddə keçirilən NATO sammitinin sonunda mətbuat konfransı keçirən Emmanuel Makron Finlandiya və İsveçin NATO-ya qəbulu ilə bağlı bir neçə həftə əvvəl Prezident Rəcəb Tayyib Ərdoğanla danışdığını bildirib.

"Türkiyənin İsveç və Finlandiyanın suveren seçiminə hörmət edilməsini təmin etmək üçün nəhayət konsensusa qoşulmasından məmnunam”, -deyə Makron deyib.

Әlaqәli Xәbәrlәr