Yük maşınında həyatını itirən miqrantların sayı 51-ə yüksəlib
ABŞ-ın Texas ştatının San-Antonio şəhərində həyatını itirən miqrantların sayı 51-ə yüksəlib.
1849532
ABŞ-ın Texas ştatının San-Antonio şəhərində miqrantların olduğu yük maşınında 46 nəfərin meyiti aşkarlanmışdı. Onların arasında olan lakin sağ qala bilən 16 nəfər isə xəstəxanalarda yerləşdirilmişdi.
Məlumata görə xəstəxanralarda yerləşdirilən 16 nəfərdən daha 5-i həyatı itirib. Beləcə ölü sayı 51-ə yüksəlib.
Qeyd edilir ki, sürücünün tərk etdiyi yük maşınında tapılanların qeyri-qanuni yollarla ABŞ-a keçməyə çalışdıqları güman edilir.
San-Antonio Polis İdarəsinin yük maşınının sürücüsünü axtardığı bildirilir, hadisə ilə bağlı hələlik ətraflı açıqlama verilməyib.
Әlaqәli Xәbәrlәr
Entoni Blinken Çinə etdiyi səfəri qiymətləndirib
Entoni Blinken CNN International-a verdiyi müsahibə zamanı Çinə etdiyi səfəri qiymətləndirib.