İsrailin Baş naziri Naftali Bennet Prezident Ərdoğana təşəkkür edib

İsrailin Baş naziri Naftali Bennet Türkiyə və İsrail təhlükəsizlik qüvvələrinin uğurlu əməliyyatlarının Türkiyədə olan israillilərin zərər görməsinin qarşısını aldığını bildirib.

1849530
İsrailin Baş naziri Naftali Bennet Prezident Ərdoğana təşəkkür edib

İsrailin Baş naziri Naftali Bennet Türkiyə və İsrail təhlükəsizlik qüvvələrinin uğurlu əməliyyatlarının Türkiyədə olan israillilərin zərər görməsinin qarşısını aldığını bildirib.

İsrail Baş Nazirliyinin "Twitter" hesabında yayımlanan video bəyanatda Bennett deyib:

“Son aylarda və xüsusilə də son həftələrdə İstanbulda və Türkiyənin digər bölgələrində İsrail vətəndaşlarını hədəfə almaq cəhdlərinin qarşısını almaq üçün əməliyyatlar həyata keçirən təhlükəsizlik təşkilatımıza və Türkiyə təhlükəsizlik təşkilatına təşəkkür edirəm”.

Əməliyyatların israillilərin həyatını xilas etməkdə uğurlu olduğunu bildirən Bennet vətəndaşlarını ayıq-sayıq olmağa çağırıb.

Bennett “Türkiyədə israillilərin hədəfə alınmasının qarşısının alınmasında əməkdaşlığa görə Prezident Rəcəb Tayyib Ərdoğana və müavinlərinə xüsusi təşəkkürümü bildirirəm” deyib. 

İsrail Baş Nazirliyindən verilən yazılı açıqlamada isə "Təhlükəsizlik qurumları tərəfindən həyata keçirilən İsrail-Türkiyə ortaq səyləri çərçivəsində İstanbulda İsrail vətəndaşlarını hədəf alan çox sayda iranlının gizləndiyi evlərin blokadaya alındığı" qeyd edilib.

Açıqlamada Türkiyə təhlükəsizlik orqanlarının İran İnqilabı Keşikçiləri Korpusunun əmri ilə işlədiyi bildirilən bir neçə İran hücrəsini aşkar etdiyi bildirilib və aparılan profilaktik əməliyyatlarla İsrail vətəndaşlarının Türkiyədə üzləşdiyi təhlükə səviyyəsinin azaldıldığı vurğulanıb.



Әlaqәli Xәbәrlәr