ÜST meymunçiçəyi virusu ilə bağlı ilk iclasını keçirib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən aydan bəri davam edən meymunçiçəyi virusu epidemiyasının qlobal fövqəladə vəziyyət elan edilib-edilməməsi ilə bağlı ilk iclasını keçirib.

1847715

Qurumdan yayılan yazılı açıqlamada ÜST-nin fövqəladə hallar komitəsinin meymunçiçəyi virusu epidemiyasının Beynəlxalq İctimai Sağlamlıq Təcili (PHEIC) kateqoriyasında qiymətləndirilməsi ilə bağlı tövsiyələrini ÜST rəhbərliyinə çatdıracağı bildirilib.

İclasdan sonra mətbuata açıqlama verən ÜST-nin baş direktoru Doktor Tedros Adhanom Qebreyesus virusun endemik olduğu Afrika ölkələri də daxil olmaqla, 48 ölkədə 3200-dən çox yoluxma halının aşkar edildiyini, 2022-ci ilin əvvəlindən bu yana Mərkəzi Afrikada 70-ə yaxın insanın öldüyünü bildirib. 

Qebreyesus Nigeriyada meymunçiçəyinə yoluxma hallarının çoxunun qadınlar olduğunu vurğulayıb.

Meymunçiçəyi virusunun ilk dəfə bir çox qeyri-endemik ölkədə müşahidə edildiyini xatırladan Qebreyesus bu xəstəliyin necə yayıldığını öyrənməyin çox vacib olduğunu söyləyib.

ÜST-nin fövqəladə hallar komitəsi meymunçiçcəyi virusunun  təhlükəsi səviyyəsini qiymətləndirmək üçün yaxın günlərdə yenidən toplantı keçirəcək.

Әlaqәli Xәbәrlәr