Ramiz Əl-Əkbərov: "Bu, Əfqanıstanın maraqları üçün irəliyə doğru yeganə yoldur"

BMT baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Ramiz Əl-Əkbərov ABŞ-ın Nyu-York şəhərində BMT Təhlükəsizlik Şurasının Əfqanıstan üzrə sessiyasında çıxış edib.

1847581
Ramiz Əl-Əkbərov: "Bu, Əfqanıstanın maraqları üçün irəliyə doğru yeganə yoldur"

"Beynəlxalq ictimaiyyətlə Taliban arasında “dialoq və qarşılıqlı əlaqə” regional və beynəlxalq təhlükəsizlik, eləcə də Əfqanıstanın maraqları üçün irəliyə doğru yeganə yoldur".
Bunu Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Ramiz Əl-Əkbərov ABŞ-ın Nyu-York şəhərində BMT Təhlükəsizlik Şurasının Əfqanıstan üzrə sessiyasında çıxışı zaman deyib.

Ramiz Əl-Əkbərov "Taliban"a işarə edərək “Biz hələ də inanırıq ki, dialoq strategiyasının qəbul edilməsi və de-fakto hakimiyyət orqanları ilə davamlı əlaqə həm Əfqanıstanın maraqları, həm də regional və beynəlxalq təhlükəsizlik baxımından irəliyə doğru yeganə yoldur” deyib.

“Növbəti ayda siyasi məsləhətləşmələri artırmağı və uzunmüddətli perspektivdə əlaqələrimizin proqnozlaşdırılmasının mümkünlüyünü artırmaq üçün faktiki hakimiyyətlərlə inteqrasiya etməyi hədəfləyirik”, -deyə o bildirib.

Əl-Əkbərov onu da vurğulayıb ki, beynəlxalq ictimaiyyət və Taliban siyasi hüquqlar, insan və qadın hüquqları məsələlərində bir-birindən uzaq olsalar da, “narkotiklərə nəzarət və minalarla mübarizə” kimi ümumi maraq doğuran məsələlərdə əfqanların həyatını yaxşılaşdırmaq üçün əməkdaşlıq və irəliləyiş əldə edilə bilər. 

Qarşıda duran vəzifələr böyükdür və səbir tələb edir, lakin biz buna dözməliyik. Əfqan xalqı buna layiqdir və biz hələ də inanırıq ki, bu, onların və beynəlxalq ictimaiyyətin maraqları baxımından irəliyə doğru yeganə yoldur".

Xüsusi nümayəndə Əfqanıstan iqtisadiyyatının avqust ayından etibarən 30-40 faiz kiçildiyinə də diqqət çəkərək, 2022-ci ilin sonuna qədər yoxsulluğun səviyyəsinin 97 faizə yüksələ biləcəyini və hazırda ailələrin 82 faizinin borc içində yaşadığını vurğulayıb.


Etiketlәr: #Əfqanıstan , #Taliban

Әlaqәli Xәbәrlәr