İran prezidenti Rusiyanın XİN rәhbәri ilә görüşüb

İran prezidenti İbrahim Rəisi və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki ölkə arasında əməkdaşlıq və koordinasiyanın gücləndirilməsini müzakirə ediblər.

1847150
İran prezidenti Rusiyanın XİN rәhbәri ilә görüşüb

İran prezidenti İbrahim Rəisi və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki ölkə arasında əməkdaşlıq və koordinasiyanın gücləndirilməsini müzakirə ediblər.

İranın rəsmi xəbər agentliyi İRNA-nın yaydığı mәlumata әsasәn, İbrahim Rəisi İrana rәsmi sәfәr edәn  Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

Rəisi və Lavrov ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Prezident İbrahim Rəisi bildirib ki, ölkəsi ilə Rusiya arasında aparılan danışıqlar və görüşlər iki ölkənin yeni strateji əməkdaşlıq dövrünün formalaşdırılması mәsәlәsindәki  iradəsini göstərdi.

“Əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi Amerika Birləşmiş Ştatlarının (ABŞ) müstəqil ölkələrə qarşı iqtisadi sanksiyalarına və birtərəfliliyinə qarşı effektiv strategiyadır”,-deyә İran prezidenti vurğulayıb.

Ukraynada baş verən son hadisələrə diqqət çəkən İbrahim Reisi müharibənin  qısa zamanda  sona çatdırılmasının vacibliyini və ölkəsinin diplomatik həll üçün kömək etməyə hazır olduğunu vurğulayıb.

NATO-nun Qərbi Asiya, Qafqaz və Mərkəzi Asiya kimi dünyanın müxtəlif bölgələrində “ekspansionist siyasət” yürütdüyünü qeyd edən İbrahim Rəisi buna qarşı çıxmağın әhәmiyyәtini qeyd edib.

İfrahim Rәisi ‘‘Şübhəsiz ki, bu münaqişələrin yaranmasında ABŞ və NATO-nun təxribatlarının rolu olub” ifadәlәrini işlәdib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da öz növbәsindә Rusiyanın İranla olan əməkdaşlığını strateji səviyyəyə çatdırmağa hazır olduğunu deyib.

Rusiyalı nazir İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünə də toxunaraq ölkəsinin İranın regional və beynəlxalq təşkilatlardakı rolunun genişləndirilməsinə dəstək verdiyini bir daha  ifadә edib.

 



Әlaqәli Xәbәrlәr