Hindistanda sel və daşqınlar zamanı ölənlərin sayı yüz nəfəri keçib

Hindistanın Assam ştatında daşqınlarda həyatını itirənlərin sayı 100-ü keçib.

1847374
Hindistanda sel və daşqınlar zamanı ölənlərin sayı yüz nəfəri keçib

Hindistanın Assam ştatında daşqınlarda həyatını itirənlərin sayı 100-ü keçib.

Assam ştatında son 24 saat ərzində daşqınlar nəticəsində daha 12 nəfər ölüb.

Ştat rəsmiləri bildiriblər ki, aprelin 6-dan bəri əyalətdə daşqınlar nəticəsində həyatını itirənlərin sayı son ölümlərlə 100-ü keçib. Səlahiyyətlilər ölənlər arasında 4 uşağın olduğunu bildirib.

Ştatın təbii fəlakətlərlə mübarizə idarəsi 32 əyalətdə 5 milyondan çox insanın daşqınlardan zərər çəkdiyini bildirib.

Daşqından zərər çəkən 271 mindən çox insan yardım düşərgələrinə sığınıb.

Cənubi Asiyada iyun-sentyabr aylarında təsirli olan leysan yağışları, xüsusilə Hindistanda hər il genişmiqyaslı təbii fəlakətlərə və qəzalara səbəb olur.



Әlaqәli Xәbәrlәr