ABŞ Ukraynada daha bir vətəndaşının öldüyünü təsdiqləyib

ABŞ Dövlət Departamentindən adlarının açıqlanmasını istəməyən yüksək vəzifəli səlahiyyətlilər jurnalistlərlə telekonfrans keçirib.

1846668
ABŞ Ukraynada daha bir vətəndaşının öldüyünü təsdiqləyib

ABŞ Ukraynada daha bir vətəndaşının öldüyünü təsdiqləyib.

ABŞ Dövlət Departamentindən adlarının açıqlanmasını istəməyən yüksək vəzifəli səlahiyyətlilər jurnalistlərlə telekonfrans keçirib.

Ölən şəşslə bağlı ətraflı məlumat vermək istəməyən səlahiyyətlilər Stiven Zabielski adlı ABŞ vətəndaşının Ukraynada öldüyünü təsdiqləyib.

Zabielskinin ailəsi ilə əlaqə saxladıqlarını bildirən səlahiyyətlilər ABŞ vətəndaşlarını fevralın 24-dən Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya getməməyə çağırıb.

Səlahiyyətlilər ölən şəxslə bağlı Rusiya hökuməti ilə də görüş keçirdiklərini bildiriblər.

Digər tərəfdən, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Rusiyanın Ukraynada döyüşən ABŞ vətəndaşlarının Cenevrə razılaşmasının himayəsi altında olmadığı və bu şəxslərin edam cəzasına məhkum edilə biləcəyi ilə bağlı açıqlamalarına reaksiya verib.

Kirbi “Rusiyada bir dövlət işçisinin Ukraynadakı Amerika vətəndaşları üçün ölüm hökmü təklif etməsi dəhşətlidir” deyib.



Әlaqәli Xәbәrlәr