Stoltenberq: “Türkiyə strateji əhəmiyyətə malik mühüm bir NATO ölkəsidir"

NATO-nun Baş katibi Yens Stoltenberq Almaniyanın “Bild” qəzetinə müsahibə verib.

1845439
Stoltenberq: “Türkiyə strateji əhəmiyyətə malik mühüm bir NATO ölkəsidir"

“Türkiyə Avropa, Rusiya, İraq və Suriyada strateji əhəmiyyətə malik mühüm bir NATO ölkəsidir".

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Almaniyanın “Bild” qəzetinə müsahibəsində Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı narahatlığını xatırladarkən deyib.

Baş katib "Üzvlük müraciətləri diqqətdə saxlayacağımız tarixi məqamdır. İştirak təkcə Finlandiya və İsveçi deyil, hamımızı gücləndirəcək" ifadəsini işlədib.

Stoltenberq xatırladıb ki, NATO ölkələri, İsveç, Finlandiya və Aİ PKK-nı terror təşkilatı kimi təsnif edir.

Heç bir NATO ölkəsinin Türkiyə qədər terrordan əziyyət çəkmədiyini vurğulayan Stoltenberq "Türkiyə Avropa, Rusiya, İraq və Suriya ilə bağlı strateji əhəmiyyətə malik mühüm bir NATO ölkəsidir" deyib.



Әlaqәli Xәbәrlәr