Avstraliyada ilk hicablı qadın senator

Avstraliyada İşçi Partiyasından Senata seçilən Fatimə Payman parlamentǝ daxil olan ilk hicablı qadın oldu.

1845825
Avstraliyada ilk hicablı qadın senator

Canberra Times qəzetinin xəbərinə görə, 8 yaşında anası və 3 qardaşı ilə Əfqanıstandan qaçqın olaraq Avstraliyaya gedən Payman Qərbi Avstraliya Senatına üzv seçilib.

Avstraliya Seçki Komissiyası 27 yaşlı Paymenin Qərbi Avstraliya əyalətindən seçildiyini təsdiqləyib.

Parlamentə daxil olan ilk hicablı qadın Payman, İşçi Partiyasından Ed Husic və Anne Aly ilə birlikdə Senatdakı üç müsəlman avstraliyalıdan biri olacaq.

Payman Seçki Komissiyası nəticələri elan etdikdən sonra verdiyi açıqlamada belə bir zəfər əldə etməsini yüksək qiymətləndirib və qürur duyduğunu açıqlayıb.

Avstraliyanın baş naziri Entoni Albanese və baş nazirin müavini Patrik Qorman sosial media hesabında Paymanı təbrik mesajları paylaşıblar.

Yaşıllar Partiyasının senatoru və eyni zamanda ilk müsəlman qadın senator Mehrin Faruqi senatda başqa bir müsəlman qadının olmasını yüksək qiymətləndirib və Paymanı təbrik edib.

 

 

 

 



Әlaqәli Xәbәrlәr