Fransada təyyarə qəzaya uğrayıb, ölənlər var

Fransanın cənub-qərbindəki Bordo şəhərində kiçik təyyarə qəzaya uğrayıb.

1845023
Fransada təyyarə qəzaya uğrayıb, ölənlər var

TRT xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Bildirib ki, Martillacdan Jironda uçan təyyarə hələ təyin olunmayan səbəblərdən meşəlik əraziyə düşüb. Hadisə nəticəsində ikisi qadın olmaqla 3 nəfər həyatını itirib.

Təyyarənin düşdüyü meşə sahəsində yanğın baş verib. 2000 kvadratmetr sahənin kül olmasına səbəb olan yanğın nəzarətə alınıb.



Әlaqәli Xәbәrlәr