BMT: ‘‘Dünya miqyasında evlәrini tәrk etmәk mәcburiyyәtindә qalanların sayı 100 milyonu keçib’’

Dünya miqyasında evlәrini tәrk etmәk mәcburiyyәtindә qalanların sayının 100 milyonu keçdiyi açıqlanıb.

1844610
BMT: ‘‘Dünya miqyasında evlәrini tәrk etmәk mәcburiyyәtindә qalanların sayı 100 milyonu keçib’’

Dünya miqyasında evlәrini tәrk etmәk mәcburiyyәtindә qalanların sayının 100 milyonu keçdiyi açıqlanıb.

Bu barәdә Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının hazırladığı hesabatda bildirilib.

2021-ci ilin sonunda müharibə, zorakılıq vә zülm sәbәbindәn evlәrini tәrk etmәk mәcburiyyәtindә qalanların sayının 2020-ci il ilә müqayisәdә 8 faiz artaraq 89,3 milyon nәfәrә çatdığına diqqәt çәkilib.

Hesabatda fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibәsinin II Dünya Müharibəsindən (1939-1945) sonra ən sürətli və ən böyük köç böhranlarından birinə səbəb olduğu vurğulanıb.

Hesabatda  2022-ci ilin may ayına qədər zülm, münaqişə, zorakılıq, insan hüquqlarının pozulması və ya ictimai asayişin pozulması nəticəsində dünya miqyasında  100 milyondan çox insanın mәcburi köçkünә çevrildiyi bildirilib.

Hesabatda Türkiyənin  3,8 milyon, Pakistanın 1,5 milyon, Uqanda-nın  1,5 milyon, vә Almaniyanın  1,3 milyon qaçqına ev sahibliyi etdiyi bildirilib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi BMT-nin Cenevrədəki ofisində keçirdiyi mətbuat konfransında Rusiya-Ukrayna müharibəsinin sәbәb olduğu ərzaq təhlükəsizliyi böhranının yoxsul ölkələrdə daha çox insanı evlərini tərk etməyə məcbur etdiyini vә qlobal yerdəyişmə nisbətini dә artıracağı ilә bağlı xәbәrdarlıq edib.

Qrandi başda әrzaq böhranı olmaqla  müharibə, insan hüquqlarının pozulması və iqlim dəyişikliyi  kimi mövzuların məcburi köçkünlərin sayını artıracağına diqqәt çәkib.

 


Etiketlәr: #BMT

Әlaqәli Xәbәrlәr