Aleksis Çipras Kiryakos Miçotakisin yürütdüyü xarici siyasәti qiymәtlәndirib

Yunanıstanın müxalifәt lideri Aleksis Çipras ölkəsinin Qərbin forpostuna çevrildiyini bəyan edib.

1844611
Aleksis Çipras Kiryakos Miçotakisin yürütdüyü xarici siyasәti qiymәtlәndirib

Yunanıstanın müxalifәt lideri Aleksis Çipras ölkəsinin Qərbin forpostuna çevrildiyini bəyan edib.

Yunanıstan İş Adamları və Sənayeçilər Dərnəyinin (SEB) paytaxt Afinada keçirilən illik qurultayında çıxış edən Aleksis Çipras Yunanıstanın baş naziri Kiryakos Miçotakisin yürütdüyü xarici siyasətin Yunanıstanı mәchul gәlәcәyә sürüklәdiyini bildirib.

Yunanıstanın indi həllin bir parçası olmaq əvəzinə böhranın bir parçasına çevrildiyini dilə gətirən Aleksis Çipras ölkəsinin Qərbin Şərqi Aralıq dənizindəki forpostuna çevrildiyini vurğulayıb. Aleksis Çipras Yunanıstanın Rusiyaya tətbiq etdiyi embarqolara görə ağır iqtisadi bədəl ödədiyini ifadə etdi.

Aleksis Çipras Yunanıstanda son illərdəki  hökumətlərin izlədiyi yolların  Kiryakos Miçotakis hökuməti tərəfindən dəyişdirildiyini bildirib.


Etiketlәr: #Aleksis Çipras

Әlaqәli Xәbәrlәr