ABŞ-da anomal isti səbəbindən minlərlə malqara tələf olub

ABŞ-ın Kanzas ştatında həddindən artıq isti və rütubətli hava səbəbindən ən az 2 min iribuynuzlu heyvan tələf olub.

1845001
ABŞ-da anomal isti səbəbindən minlərlə malqara tələf olub

Kanzas Sağlamlıq və Ətraf Mühit Departamenti bu barədə  məlumat yayıb. Bildirib ki, ştatın cənub-qərb bölgəsində yüksək temperatur, rütubət və zəif küləklər səbəbindən ən azı 2000 mal-qara tələf olub.

Qeyd edək ki, fermalarda yetişdirilən yüzlərlə iribuynuzlu heyvanın kütləvi şəkildə  tələf olduğuna  dair görüntülər sosial mediada da əksini tapıb.

Səlahiyyətlilər xəbərdarlıq edir ki, fermalarda toplu halda saxlanılan mal-qaraların anomal isti və rütubətin qəfil təzyiqinə uyğunlaşmaları çətindir. Bu səbəbdən heyvanların çiləyici sistemlə sərinlətilmələləri məsləhətdir.

Mal-qaranın sayının  çox olduğu Kanzas əyaləti mal əti istehsalı və ixracına görə ölkədə ilk üçlükdə yer alır.



Әlaqәli Xәbәrlәr