Emmanuel Makron, Olaf Şolz vә Mario Draqi Ukraynaya sәfәr ediblәr

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və İtaliyanın baş naziri Mario Draqi Ukraynanın paytaxtı Kiyevdә sәfәrdәdirlәr.

1844266

Ukraynaya sәfәr edәn üç lider  prezident Volodimir  Zelenski ilə görüşəcək.

Almaniya kansleri Olaf Şolz qatarda verdiyi açıqlamada bildirib ki, Avropa İqtisadi Birliyinin yaradılmasında iştirak edən üç böyük ölkənin liderlərinin Kiyevə getməsi və bu xüsusi mərhələdə Ukraynaya və Ukrayna xalqına dəstək nümayiş etdirməsi vacibdir.

Olaf Scholz yalnız Ukraynayla hәmrәy olduqlarını nümayiş etdirmәk üçün deyil, həm də maliyyə, humanitar və silah yardımlarının davam edəcəyini bildirmәk istədiklәrini vurğulayıb.

Rusiyaya qarşı tətbiq edilən sanksiyaların böyük əhəmiyyət kәsb etdiyini vurğulayacaqlarını qeyd edən Almaniya kansleri  bu sanksiyaların Rusiyanın etmək istədiyindən vaz keçmәsi vә  əsgərlərini Ukraynadan çıxarma ehtimalına töhfə verdiyini qeyd edib.

Qeyd edək ki, səfər Ukraynanın şərqində Rusiya ilə gərgin münaqişələrin və qlobal ərzaq böhranının yaşandığı dövrdә hәyata keçirilir.

Әlaqәli Xәbәrlәr