ABŞ Ukraynaya bir milyard dollarlıq yeni təhlükəsizlik yardımı edəcək

ABŞ Prezidenti Cozef Bayden 24 fevraldan bəri Rusiya ilə müharibə edən Ukraynaya bir milyard dollarlıq yeni təhlükəsizlik yardımı edəcəklərini açıqlayıb.

1844190

Bayden yazılı açıqlamasında Ukrayna Prezidenti Vlodomir Zelenski ilə telefon danışığı apardığını və Rusiya ilə davam edən müharibəni müzakirə etdiklərini qeyd edib.

Bayden görüş zamanı ABŞ-ın Ukraynaya yardımını davam etdirəcəyini bildirib.

"Zelenskiyə məlumat verdim ki, Birləşmiş Ştatlar Ukraynaya təhlükəsizlik məqsədilə daha bir milyard dollar yardım edəcək. Bu yardımlar arasında ağır silahlar, sahil müdafiə silahları, eləcə də Ukraynanın Donbasdakı müdafiə əməliyyatları üçün lazım olan təkmil raket sistemləri daxildir", deyə Bayden qeyd edib. 

Görüş zamanı ABŞ-ın müharibədən əziyyət çəkən ukraynalılara yardım vədini təkrarladığını qeyd edən Bayden "Həmçinin Ukrayna daxilində insanlara kömək etmək üçün əlavə 225 milyon dollarlıq humanitar yardım ediləcəyini elan edirəm. Buraya insanların əsas ehtiyaclarını ödəmək üçün təhlükəsiz içməli su, tibbi ləvazimatlar, qida, sığınacaq və nağd pul daxildir" deyib.

Әlaqәli Xәbәrlәr