Rusiyanın "Ukraynada nüvə silahı yerləşdirmək" planına cavab

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Ukraynaya nüvə silahı vermək ideyası “Avropanın mərkəzində nüvə münaqişəsi törətmək deməkdir və bu, ağılsızlıqdır.

1841866
Rusiyanın "Ukraynada nüvə silahı yerləşdirmək" planına cavab

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Ukraynaya nüvə silahı vermək ideyası “Avropanın mərkəzində nüvə münaqişəsi törətmək deməkdir və bu, ağılsızlıqdır.
Polşanın keçmiş xarici işlər və müdafiə naziri Radoslav Sikorski deyib ki, Ukraynanın müstəqilliyini qorumaq üçün ona nüvə silahı verilməlidir.

Moskvanın Sikorskinin mesajına cavabını Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin verib.

Volodin sosial şəbəkədəki paylaşımında "Belə deputatlarla avropalıların bu gün qarşılaşdıqları qaçqınlardan, rekord inflyasiyadan, enerji böhranından qat-qat ciddi problemləri olacaq. Sikorski Avropanın mərkəzində nüvə münaqişəsini təhrik edir. Nə Ukraynanın, nə də Polşanın gələcəyini düşünmür. Onun təklifləri reallaşarsa, bu ölkələr bütün Avropa ilə birlikdə yox olacaq" deyib.

Volodin yüksək rütbəli polşalı diplomatın psixi sağlamlığını da şübhə altına alıb və deyib ki, o, “psixiatr tərəfindən müayinə olunmalıdır”.

Xatırladaq ki, Polşanın keçmiş müdafiə və xarici işlər naziri, hazırda Avropa Parlamentinin (AP) üzvü olan Radoslav Sikorski deyib ki, müstəqilliyini bərpa etmək üçün Ukraynaya nüvə silahı verilməlidir.

Ukraynadakı vəziyyəti yaxından izlədiklərini ifadə edən Sikorski "Ukraynanın 1994-cü ildə Budapeşt Memorandumunun imzalanmasından sonra nüvə potensialından imtina etdiyi məlumdur. O zaman hər kəs Ukraynanın sərhədlər daxilində müstəqil bir ölkə olacağını anlayırdı. Ancaq Rusiya Budapeşt Memorandumunu pozduğu üçün Qərb olaraq Ukraynanı nüvə müharibəsində dəstəkləmək haqqımız olduğuna inanıram" deyib.



Әlaqәli Xәbәrlәr