Nigeriyada silahlı dəstələr daha 29 nəfəri girov götürüb

Nigeriyada toy karvanına pusqu quran silahlı dəstə 29 nəfəri oğurlayıb.

1842167
Nigeriyada silahlı dəstələr daha 29 nəfəri girov götürüb

TRT-nin yerili mənbələrə istinad etdiyi xəbərinə görə hadisə Zamfara əyalətində baş verib. Bildirilir ki, silahlı dəstə toydan qayıdan karvanı pusquya saldıqdan sonra ətrafa atəş açıb və 29 nəfəri girov götürüb. Silahlıların təhdidinə görə maşın karvanında iştirak edənlərin çoxu avtomobillərini tərk edərək ətrafda gizlənib. Polis qaçırılanları xilas etmək üçün əməliyyat başladıb.

Prezident Muhammadu Buxari dünən verdiyi açıqlamasında ölkə daxilində müxtəlif silahlı qruplaşmalar tərəfindən həyata keçirilən hücumların artaraq davam etdiyini, hökumətin problemi həll etmək üçün sərt ötədbirlər gördüyünü bildirib.

Qeyd edək ki, 2022-ci ilin ilk üç ayında ölkədə həyata keçirilən hücumlarda ən azı 3500 adam həyatını itirib, minlərlə insan girov götürülüb.



Әlaqәli Xәbәrlәr