ABŞ-da minlərlə adam silah islahatı üçün nümayişə çıxdı

Xatırladaq ki, ABŞ-da mayın 14-də Buffaloda bir supermarketdə törədilən irqçi atışmadan sonra 10 nəfər, mayın 24-də isə Texas ştatının Uvalde qəsəbəsindəki bir məktəbə hücumda 19 şagird və 2 müəllim həlak olduqdan sonra islahat müzakirələri alovlanıb

1841723
ABŞ-da minlərlə adam silah islahatı üçün nümayişə çıxdı

  Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda (Washington DC) minlərlə adam silah zorakılığının artmasından sonra silah islahatı üçün nümayiş keçirib.

  2018-ci ildə 17 nəfərin həyatını itirdiyi məktəb hücumundan sonra Florida ştatının Parkland şəhərində qurulan “March for Our Lives” (Həyatımız üçün yürüş) qeyri-hökumət təşkilatının təşkil etdiyi nümayişə minlərlə insan qatılıb.

  Mitinqdə çıxış edən Vaşinqton meri Muriel Bouzer (Muriel Bowser) silahlı zorakılığa son qoymağa və konqresi buna doğru addımlar atmağa çağırıb.

  Mayın 14-də Nyu-Yorkun Buffalo şəhərindəki supermarketə irqçi hücumda həlak olanların ailələri də nümayişdə iştirak edib.

  Xatırladaq ki, ABŞ-da mayın 14-də Buffaloda bir supermarketdə törədilən irqçi atışmadan sonra 10 nəfər, mayın 24-də isə Texas ştatının Uvalde qəsəbəsindəki bir məktəbə hücumda 19 şagird və 2 müəllim həlak olduqdan sonra islahat müzakirələri alovlanıb. ABŞ prezidenti Co Bayden bu məsələ ilə bağlı konqresə çağırış edib və Nümayəndələr Palatası həftə ərzində silahla bağlı qaydaları ehtiva edən qanun layihəsini təsdiqləyib.

  Qeyd edək ki, ABŞ-ın bir çox şəhərində mövzu ilə bağlı etiraz aksiyaları sürməkdədir.



Әlaqәli Xәbәrlәr