ABŞ-da silah satışı  qadağan edildi

ABŞ-da artan silahlı hücumların qarşısını almaq üçün tədbirlər artırılır

1840399
ABŞ-da silah satışı  qadağan edildi

ABŞ-ın Buffalo və Uvalde şəhərlərində baş verən son atışmalardan sonra silah satışına dair lazımlı tədbirlərin görülməsi tələblərinin  artması  ilə Konqres lazımlı addımı atdı. Nümayəndələr palatası, yarı avtomatik silah satın almaq yaşını 18-dən 21-ə qaldıran qanun layihəsini təsdiqlədi.

Bütün Demokratlar və bəzi Respublikaçıların dəstək verdikləri qanun layihəsi 199 “ əleyhəd” səsə qarşı 228 “hə” səsi ilə qəbul edilib.

ABŞ prezidenti Joe Biden, keçən həftə xalqa müraciətində ölkədə yarı avtomatik silahların qadağan edilməsini və bu mümkün olmadıqda, satın alma yaşının 21-ə qaldırılmasını istəmişdi.



Әlaqәli Xәbәrlәr