Yens Stoltenberq: ‘‘Türkiyә NATO-nun mühüm tәrәfdaşıdır’’

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin Finlandiya və İsveçin NATO-ya qәbulu ilə bağlı narahatlıqlarını hәll etmәk üçün Brüsseldə üç ölkənin rəsmiləri ilə görüşəcəyini açıqlayıb.

1836249

ABŞ-ın paytaxtı Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken ilә keçirdiyi görüşdәn sonra tәşkil olunan birgә mәtbuat konfransında çıxış edәn Yens Stoltenberq  Rusiya prezidenti Vladimir Putinin öz sərhədlərində NATO-nun təsirini azaltmaq istədiyini, lakin Ukraynaya etdiyi hücum nәticәsindә  sərhədlərində daha çox NATO əsgəri gördüyünü və alyansa üzv ölkәlәrin  sayının artacağını bildirib. Finlandiya və İsveçin bu səbəbdən alyansa daxil olmaq qərarına gəldiyini bildirən Stoltenberq bu iki ölkənin NATO-nu gücləndirəcəyini qeyd edib.

‘‘Bütün müttәfiqlәrimizin tәhlükәsizliklә bağlı narahatlıqlarını hәll etmәliyik’’ deyәn Yens StoltenberqTürkiyənin Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı narahatlıqlarını həll etmək üçün Brüsseldə üç ölkənin rəsmiləri ilə görüşəcəyini açıqlayıb.

Yens Stoltenberq vurğulayıb ki, Türkiyə NATO-nun mühüm tərəfdaşıdır və bütün NATO üzvləri Türkiyənin narahatlığını, o cümlədən, PKK təhlükəsini müzakirə etmək üçün masaya oturmağa hazırdır.

Әlaqәli Xәbәrlәr