Braziliyada daşqın və torpaq sürüşmələri nəticəsində  ölənlərin sayı xeyli artıb

Braziliyanın Pernambuko əyalətinin fərqli bölgələrində güclü yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 100-ə yüksəlib.

1835808
Braziliyada daşqın və torpaq sürüşmələri nəticəsində  ölənlərin sayı xeyli artıb

TRT xəbər verir ki, Pernambuco Sosial Müdafiə Katibliyindən bu barədə   məlumat  yayılıb. Bildirilib  ki,  mayın 25-dən bu yana bölgədə davam  edən  leysan yağışların səbəb olduğu təbii fəlakətlər nəticəsində 100 nəfər həyatını itirib, Vila dos Milaqres, Jardim Monteverde, Curado IV, Areeiro, Jaboatao Centro və Paratibe bölgələrində 16   nəfər   itkin  düşüb, 6200  nəfər evini  tərk  etmək  məcburiyyətində qalıb. 24  şəhərdə  fövqəladə vəziyyət elan edilib. Ərazilərdə  başladılan  axtarış-xilasetmə işləri davam edir.  



Әlaqәli Xәbәrlәr