ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Türkiyə səfər edəcək

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild daha əvvəl təxirə salınmış Türkiyə səfərini reallaşdıracaq.

1835839
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Türkiyə səfər edəcək

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild daha əvvəl təxirə salınmış Türkiyə səfərini reallaşdıracaq.

ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyin verdiyi açıqlamada Tomas Qrinfildin “yaxın günlərdə” Türkiyəyə gedərək Suriya sərhədini ziyarət edəcəyi açıqlanıb, lakin səfərin tarixi barədə məlumat verilməyib. 

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Tomas Qrinfild iyunun 1-2-də Türkiyədə olacaq.

ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin bəyanatına görə, Qrinfild Suriya sərhədindəki suriyalıların humanitar ehtiyacları ilə bağlı BMT və digər yardım təşkilatlarından brifinq alacaq.

Bəyanatda “Qrinfild Türkiyədə suriyalı qaçqınlarla görüşəcək və Türkiyənin yüksək rütbəli rəsmiləri ilə görüşərək Türkiyənin sərhədyanı yardımın asanlaşdırılmasında və milyonlarla suriyalı qaçqının qorunmasında mühüm rolunu müzakirə edəcək” deyilib.

Qeyd edək ki, Linda-Tomas Qrinfildin mayın 8-9-na planlaşdırılan Türkiyə səfəri səhhətində yaranan problemlərə görə təxirə salınıb.



Әlaqәli Xәbәrlәr