Rusiya Hollandiyaya verdiyi qazı dayandırır

"GasTerra" bəyan edib ki, Rusiyanın "Qazprom" şirkəti 31 may tarixindən etibarən Hollandiyaya təbii qaz tədarükünü rublla ödəməkdən imtina etdiyi üçün dayandıracaq.

1835006
Rusiya Hollandiyaya verdiyi qazı dayandırır

Hollandiyanın dövlət qaz şirkəti "GasTerra" bəyan edib ki, Rusiyanın "Qazprom" şirkəti 31 may tarixindən etibarən Hollandiyaya təbii qaz tədarükünü rublla ödəməkdən imtina etdiyi üçün dayandıracaq.

“GasTerra”nın verdiyi açıqlamada Rusiyanın Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin "Qazprombank"dan avro və rubl əmanət hesabı açaraq təbii qaz ödəmələrini tələb etdiyi qərar xatırladılıb.

Açıqlamada "GasTerra"nın sözügedən qərara uyğun olaraq ödənişləri qəbul etmədiyi bildirilib:

"Bu şəkildə ödəmək özü ilə birlikdə maliyyə və əməliyyat riskləri ilə yanaşı, Aİ sanksiyalarını pozma riskini də daşıyır. Rusiya qanunlarına əsasən Moskvada əmanət hesabı açmaq və bu hesabın Rusiya rejiminin nəzarətində olması şirkətimiz üçün daha ciddi riskdir. Bu şəkildə ödəməkdən imtina etməyimizə cavab olaraq "Qazprom" mayın 31-dən təbii qazın verilişini dayandıracağını açıqlayıb".

Açıqlamada vurğulanıb ki “Qazprom”un hazırkı müqavilə müddətinin bitdiyi 31 may-1 oktyabr tarixləri arasında tədarükünü dayandırması 2 milyard kubmetr təbii qazın alınmayacağı mənası daşıyır.

Açıqlmada "GasTerra"nın bu məsələni proqnozlaşdırdığı qeyd edilən açıqlamada  "Avropa qaz bazarı yüksək inteqrasiya və genişdir. Bununla belə, 2 milyard kubmetr qaz tədarükünün itkisinin tədarükə necə təsir edəcəyini və bunun Avropaya necə təsir göstərəcəyini proqnozlaşdırmaq mümkün deyil. "GasTerra" dəfələrlə "Qazpromu"  müqavilə əsasında qəbul edilən ödəniş planına və tədarük öhdəliklərinə əməl etməyə çağırıb, lakin nəticə əldə edilməyib” ifadələri yer alıb.



Әlaqәli Xәbәrlәr