Ağ Ev Kalın-Sullivan görüşü ilə bağlı açıqlama verib

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan Türkiyə ilə İsveç və Finlandiya arasında birbaşa danışıqların davam etdirilməsini dəstəklədiklərini bildirib.

1834984

Ağ Evdən verilən yazılı açıqlamada prezidentin sözçüsü İbrahim Kalın ilə ABŞ-ın milli təhlükəsizlik müşaviri Sullivan arasında telefon danışığında ikitərəfli və regional məsələlər müzakirə edilib.

Açıqlamaya görə, onlar Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti və Ukraynanın kənd təsərrüfatı məhsullarının qlobal bazarlara necə çıxa biləcəyini qiymətləndirib.

Sullivan ABŞ olaraq Finlandiya və İsveçin NATO-ya qəbul prosesi ilə bağlı Türkiyə ilə İsveç arasında birbaşa danışıqların davam etdirilməsini dəstəklədiklərini vurğulayıb.

“Suriyada gərginliyi artıra biləcək addımlardan uzaq durmağın” vacibliyini vurğulayan Sullivan Şərqi Aralıq dənizindəki bütün münaqişələrin həlli üçün tərəfləri dialoq və diplomatiya kanallarından istifadə etməyə də təşviq edib.

Әlaqәli Xәbәrlәr