Beynəlxalq neft şirkətləri Venesueladakı fəaliyyətlərini yenidən bərpa edirlər
ABŞ və Avropa neft şirkətləri Venesueladakı fəaliyyətlərinə yenidən başlamaq qərarına gəliblər.
TRT xəbər verir ki, bu barədə Venesuelanın vitse-prezidenti Delsi Rodriqes sosial media hesabında məlumat yayıb.
“Venesuella hökuməti Amerika Birləşmiş Ştatlarının (ABŞ) Avropa və ABŞ neft şirkətlərinə danışıqlar aparmaq və Venesuelada fəaliyyətlərini bərpa etmək icazəsi verdiyi barədə xəbərləri təsdiqləyib”.
Ökələrinə qarşı sanksiyaların tamamilə aradan qaldırılması üçün mübarizəni davam etdirəcəklərini ifadə edən Delsi Rodriqes: “Dünya bilir ki, Venesuela öz səyləri ilə iqtisadiyyatın bərpası istiqamətində ilk addımları atıb və qeyri-qanuni sanksiyaları və qeyri-insani blokadanı ilk gündən bəri pisləyib. Xalqımız bizim son işlərimizi və nailiyyətlərimizi qürurla izləyir. Venesuela demokratik dəyərlərə sadiq ölkədir. Dialoqun təşviqinə dair lazımlı addımları atmaqda davam edəcəyik.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb