“Finlandiyanın NATO-ya üzvlük fikri səhv addımdır”, V.Putin

Rusiya Prezident Aparatından verilən məlumata görə, Finlandiya tərəfinin təşəbbüsü ilə Putin və Niinistö arasında telefon danışığı olub

1826975
“Finlandiyanın NATO-ya üzvlük fikri səhv addımdır”, V.Putin

 

  Rusiya prezidenti Vladimir Putin həmkarı Sauli Niinistöyə Finlandiyanın NATO-ya üzvlük fikrinin səhv addım olacağını deyib.

  Rusiya Prezident Aparatından verilən məlumata görə, Finlandiya tərəfinin təşəbbüsü ilə Putin və Niinistö arasında telefon danışığı olub.   Finlandiyanın NATO-ya üzvlük üçün müraciət etmək niyyətinin müzakirə edildiyi söhbətdə Putin deyib: "Finlandiyaya heç bir təhlükə olmadığı üçün ənənəvi hərbi neytrallıq siyasətindən əl çəkməsi səhvdir. Ölkənin xarici siyasətində bu cür dəyişiklik uzun illərdir mehriban qonşuluq və tərəfdaşlıq, əməkdaşlıq ruhunda qurulmuş qarşılıqlı, faydalı Rusiya-Finlandiya münasibətlərinə mənfi təsir göstərə bilər”.

  Söhbət zamanı ölkə başçıları Rusiya və Ukrayna müharibəsindəki vəziyyəti də müzakirə ediblər.

  Qeyd edək ki, Finlandiyanın hakim Sosial Demokratlar Partiyası ölkənin NATO-ya üzvlüyünə razılıq verib. Məsələ ilə bağlı səsvermədə 53 nəfər lehinə, 5-i əleyhinə səs verib, 2-si isə bitərəf qalıb. Bununla da Sosial Demokratlar Partiyası tarixi qərar verərək Finlandiyanın NATO-ya üzvlük üçün müraciət etməsini təsdiqləyib. Sosial-demokratlarla yanaşı, Finlandiyanın digər parlament partiyalarının əksəriyyəti artıq NATO-ya müraciətin tərəfdarı olduqlarını elan ediblər.

  Xatırladaq ki, daha əvvəl Finlandiyanın baş naziri Sanna Marin və ölkə prezidenti Sauli Niinistö da Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı fikri dəstəklədiklərini bildiriblər.

  Beləliklə, mayın 15-də Finlandiya hökuməti və prezidenti ölkənin NATO-ya üzv olmaq üçün müraciət etməsi ilə bağlı rəsmi qərar verəcək. Daha sonra bu qərar təsdiqlənməsi üçün parlamentə göndəriləcək.



Әlaqәli Xәbәrlәr