V.Zelenski: ‘‘Vladimir Putinin imicini qorumaq üçün suverenliyimizdәn güzәştә getmәyәcәyik’’

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin imicini qorumaq üçün bəzi liderlərin təklif etdiyi kimi, suverenliyimizdən güzəştə getməyəcəyik.

1826860
V.Zelenski: ‘‘Vladimir Putinin imicini qorumaq üçün suverenliyimizdәn güzәştә getmәyәcәyik’’

 

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin imicini qorumaq üçün bəzi liderlərin təklif etdiyi kimi, suverenliyimizdən güzəştə getməyəcəyik.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski İtaliyanın “Rai 1” telekanalına müsahibәsindә  Fransa Prezidenti Emmanuel Makronun müharibədən sonra hər iki tərəfin alçaldılmaması və Rusiya üçün çıxış yolu tapılması ilə bağlı açıqlamalarını dəyərləndirərkən deyib.

Volodimir Zelenski qeyd edib ki,  Rusiya üçün çıxış yolu axtarmağa ehtiyac yoxdur:

“Cənab Makron bunu boş yerə edir. Rusiya bunu istəmədikcə və buna ehtiyacı olduğunu anlamadıqca, müharibəni dayandırmaq üçün heç nə etməyəcək, heç bir çıxış yolu axtarmayacaq. Mən bilirəm ki, Fransa Prezidenti Emmanuel Makron vasitəçilikdə müəyyən nəticələr əldə etmək istəyirdi, amma bunu tapa bilmədi. Həm də bizim tərəfdən yox, Rusiyadan. Bəzi liderlərin Putinin “imicini” xilas etmək üçün suverenliyimizin güzəştə getməsi ilə bağlı mənə nəsə təklif etməsi düzgün deyil”, - o bildirib.

Zelenski bildirib ki, Roma Papası Fransiskin Ukrayna və Rusiya bayraqları ilə başlatdığı “barışıq” aksiyası onlar üçün qəbuledilməzdir.

“Rusiyanın bayrağı, bu, bizi öldürən və öldürməkdə davam edən bayraqdır. Hazırda Rusiya bayrağı bizim üçün yalnız bir məna daşıyır, o da ilhaq. Rusiyanın bizdən üzr istəməsi üçün üzrxahlığın həcmini hesablaya bilmirəm’’,-deyә Ukrayna prezidenti vurğulayıb.

Qeyd edәk ki, Rusiya ordusu fevralın 24-dә Ukrayna әrazisindә xüsusi hәrbi әmәliyyata başlayıb.

 



Әlaqәli Xәbәrlәr