BMT bu il Suriyaya üçün tələb olunan maliyyə yardımını açıqlayıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) bu il Suriyaya yardım üçün tələb olunan fondun 10,5 milyard dollar olduğunu açıqlayıb.

1824344
BMT bu il Suriyaya üçün tələb olunan maliyyə yardımını açıqlayıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) bu il Suriyaya yardım üçün tələb olunan fondun 10,5 milyard dollar olduğunu açıqlayıb.

BMT baş katibinin sözçülərindən Fərhan Haq mətbuat brifinqində bildirib ki, mayın 10-da Brüsseldə Avropa İttifaqı və BMT-nin Suriyaya dəstək toplantısından əvvəl 10,5 dəyərində yardım çağırışı ediləcəyini bildirib.

Suriyada davam edən müharibə səbəbindən 26,5 milyon insanın humanitar yardıma ehtiyacı olduğunu bildirən Haq 14,6 milyonu ölkə daxilində, 5 milyondan çoxu isə xaricdəki qaçqın olmaqla 12 milyon insanın köməyə ehtiyacı olduğunu qeyd edib.

Sözçü Haq 2022-ci il üçün lazım olan 10,5 milyard dolların 4,4 milyard dollarının Suriya daxilində, 6,1 milyard dollarının isə suriyalı qaçqınlara və qaçqınları qəbul edən ölkələrə dəstək üçün istifadə ediləcəyi barədə məlumat paylaşıb.



Әlaqәli Xәbәrlәr