Danimarka ‘‘SM-2’’ tipli hava hücumundan müdafiə sistemini sınaqdan keçirib

Bu barәdә Danimarka Müdafiə Nazirliyinin rәsmi  ‘‘Twitter’’ sәhifәsindә edilәn paylaşımda bildirilib.

1823285
Danimarka ‘‘SM-2’’ tipli hava hücumundan müdafiə sistemini sınaqdan keçirib

Danimarka ‘‘SM-2’’ tipli hava hücumundan müdafiə sistemini sınaqdan keçirib.

Bu barәdә Danimarka Müdafiə Nazirliyinin rәsmi  ‘‘Twitter’’ sәhifәsindә edilәn paylaşımda bildirilib.

Nazirlikdәn verilәn bәyanatda sınaqdan keçirilәn sistemin düşmәn tәyyarәlәrini uzaq mәsafәdәn vura bilәcәyi ifadә edilib.

Danimarkanın hava hücumundan müdafiәsini güclәndirmәk vә NATO tәlәblәri çәrçivәsindә bu sistemin tezliklә  istifadәyә verilәcәyi qeyd olunub.

Sözügedən sistem Peter Willemoes (F 362), Iver Huitfeldt (F 361) və Niels Juel (F 361) kimi Iver Huitfeldt sinifli freqatlarda quraşdırılacaq.

‘‘SM-2’’ tipli havadan müdafiә sisteminin Danimarka donanmasının sahib olduğu әn inkişaf etmiş sistem olduğu bildirilir.



Әlaqәli Xәbәrlәr