Sudanda davam edən aksiyalarda ölənlərin sayı artır

Sudanda Müqavimət Komitələrinin çağırışı hərbi idarə əleyhinə aksiya keçirən gənclərə təhlükəsizlik qüvvələri sərt müdaxilə edib.

1822790
Sudanda davam edən aksiyalarda ölənlərin sayı artır

TRT xəbər verir ki, Paytaxt Xartumun Bəjdər bölgəsində toplaşaraq Prezident Sarayına getmək istəyən izdihamı dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib. Yollara daşlarla barrikadalar quran və avtomobil təkərlərini yandıran etirazçılar əsgərlərin idarənin tamamilə mülki şəxslərə təhvil verilməsi üçün şüarlar səsləndiriblər. Polislə təqibdən sonra əksəriyyəti gənclərdən ibarət nümayişçilər ara küçələrə dağılıblar. Sudan Mərkəzi Həkimlər Komitəsi paytaxtdakı nümayişlər zamanı bir etirazçının hərbi maşın tərəfindən əzilib öldürüldüyünü açıqlayıb. Beləliklə, oktyabr ayından bəri davam edən nümayişlərdə can itkisi 95-ə yüksəlib. Analoji etiraz aksiyaları Xartumun Umdurman və Bahri rayonlarında, eləcə də Mədəni şəhərində keçirilib. Oktyabrın 25-də ölkədə ordunun hakimiyyəti ələ keçirməsindən sonra başlayan siyasi böhranı həll etmək üçün Birləşmiş Millətlər Təşkilatı (BMT) və Afrika İttifaqının səyləri hələ də nəticə verməyib.



Әlaqәli Xәbәrlәr