Çində binanın çökməsi nəticəsində ölənlərin sayı artıb
Çinin mərkəzindəki Çanşa şəhərində altımərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 53-ə çatıb.
Çinin mərkəzindəki Çanşa şəhərində altımərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 53-ə çatıb.
Ölkənin rəsmi xəbər agentliyi "Şinxua"nın verdiyi xəbərə görə, aprelin 29-da uçan binanın dağıntıları altında bir həftədir davam edən xilasetmə işlərində indiyədək 26 nəfərin cansız cəsədi tapılıb.
Dünən gecə saatlarında binanın dağılmasından 132 saat sonra bir nəfər xilas edilib.
Xilas edilən qadın dağıntılar altından xilas edilən 10-cu şəxs olub.
Xilas edilənlərin səhhətinin yaxşı olduğu, axtarış-xilasetmə işlərinin davam etdirildiyi açıqlanıb.
Aralarında bina sahibinin də olduğu 9 nəfər binanın uçmasına görə məsuliyyət daşıdıqları səbəbilə həbs edilib.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb