BMT Ukraynada ölәn mülki vәtәndaşların sayını açıqlayıb

Rusiya ilә Ukrayna arasındakı müharibә sәbәbindәn Ukraynada azı 3 280 mülki vәtәndaş hәyatını itirib.

1822750
BMT Ukraynada ölәn mülki vәtәndaşların sayını açıqlayıb

Rusiya ilә Ukrayna arasındakı müharibә sәbәbindәn Ukraynada azı 3 280 mülki vәtәndaş hәyatını itirib.

Birlәşmiş Millәtlәr Tәşkilatının Qaçqınlar üzrә Ali Komissarlığı Ukraynadakı qaçqın böhranı ilə bağlı müxtəlif mənbələrdən əldə etdiyi məlumatları paylaşıb. Mәlumatda Rusiyanın hücumları nәticәsindә 3 451 mülki vәtәndaşın da yaralandığı qeyd olunub. Mәlumatda hәmçinin fevralın 26-dan etibarәn 12,8 milyon adamın evlәrini tәrk etmәk mәcburiyyәtindә qaldığı, 7,7 milyon adamın da mәcburi köçkünә çevrildiyi bildirilib. Evini tәrk etmәk mәcburiyyәtindә qalanlarda psixoloji travma yarandığı vә dәstәyә ehtiyacı olduğu vurğulanıb.



Әlaqәli Xәbәrlәr