Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb

Bildirilib ki, indiyədək Rusiyanın 23 200  hərbçisi öldürülüb.

1820871
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, indiyədək Rusiyanın 23 200  hərbçisi öldürülüb.

Bundan başqa, Rusiyanın 190 təyyarə, 155 helikopter, 1008 tank, 2 445 zirehli döyüş maşını, 436 artilleriya qurğusu, 77 hava hücumundan müdafiə sistemi, 151 reaktiv yaylım atəş sistemi, 1701 avtomobil texnikası, 8 gәmisi, 76 yanacaq çәni vә 232 pilotsuz uçuş aparatı məhv edilib.

Rusiya Müdafiә Nazirliyi martın 25-dә verdiyi bәyanatda Ukraynada 1351 rus hәrbçisinin öldüyünü açıqlamışdı.



Әlaqәli Xәbәrlәr