Ursula fon der Leyen:‘‘Rusiyanın Ukraynaya hücumu Avropanın tәhlükәsizliyinә birbaşa tәhdiddir’’

Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Rusiyanın Ukraynaya hücumu Avropanın təhlükəsizliyinə birbaşa təhdiddir.

1818029

Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən "Raisina Dialoqu" konfransında çıxış edən Ursula fon der Leyen Rusiyanın Ukraynaya qarşı haqsız və əsassız hücumunun strateji uğursuzluq olacağını bildirib.

"Günahsız mülki vәtәndaşları hədəf almaq və öldürmək, güc yolu ilə sərhədləri dəyişdirmək, azad xalqın iradəsinə nəzarət etmək Birləşmiş Millətlər Təşkilatının əsas prinsiplərinə ziddir. Biz Rusiyanın hücumunu Avropanın təhlükəsizliyinә birbaşa təhdid kimi görürük",-deyә Ursula fon der Leyen qeyd edib.

Ursula fon der Leyen vurğuladı ki, Avropa İttifaqı Ukraynaya öz azadlığı uğrunda mübarizə aparması üçün əlindən gələni edir.

“Buna görə də biz sərt, ciddi və təsirli sanksiyalar tətbiq etməli olduq”,-deyә Avropa İttifaqı Komissiyasının sәdri qeyd edib.

Ursula fon der Leyen sanksiyaların takbaşına həll yolu olmadığını da ifadə edib.

Әlaqәli Xәbәrlәr