“Google” Afrikada ilk məhsul inkişaf mərkəzini açır

“Google” məhsulları üzrə vitse-prezidenti Suzanna Frey sözügedən mövzu ilə bağlı deyib...

1815428
“Google” Afrikada ilk məhsul inkişaf mərkəzini açır

 

  Dünyanın ən böyük internet axtarış sistemi olan “Google” Afrikada ilk məhsul inkişaf mərkəzini Keniyanın paytaxtı Nayrobidə açacağını bildirib.

  “Google” məhsulları üzrə vitse-prezidenti Suzanna Frey dəyirmi masa toplantısında yeni ofisdə kompüter mühəndisləri, tədqiqatçılar və dizaynerlər də daxil olmaqla 100-dən çox insanın işlə təmin olunacağını söyləyərək deyib: “Keniyanın paytaxtı Nayrobidə Afrikada ilk məhsul inkişaf mərkəzini açacağıq. Məqsədimiz afrikalılar üçün daha yaxşı bir internet infrastrukturu və ağıllı telefonlar inkişaf etdirməkdir.”

  Xatrıladaq ki, “Google”un baş icraçı direktoru (CEO) Sundar Piçai 2021-ci ilin 6 oktyabrında sürətli və ucuz internetə çıxış təmin etmək və rəqəmsal transformasiyanı dəstəkləmək üçün 5 il ərzində Afrikaya 1 milyard dollar sərmayə qoyacaqlarını açıqlamışdı.

  “Google” 2019-cu ildə Qanada öz süni intellekt və tədqiqat mərkəzini qurub.



Әlaqәli Xәbәrlәr