Avropa İttifaqı: Rusiyaya qarşı neft və qaz embarqosu da tətbiq ediləcək

Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel Aİ-nin Rusiyaya qarşı neft və qaz embarqosunu “gec-tez” tətbiq edəcəyinə əmin olduğunu bildirib.

1815492
Avropa İttifaqı: Rusiyaya qarşı neft və qaz embarqosu da tətbiq ediləcək

Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel Aİ-nin Rusiyaya qarşı neft və qaz embarqosunu “gec-tez” tətbiq edəcəyinə əmin olduğunu bildirib.

Ukraynada nəzarətin bərpa olunduğu Borodyanka şəhərinə səfər edən Mişel Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb və birgə mətbuat konfransı keçirib.

Mişel deyib ki, bunlar vəhşilikdir, cinayətdir. Cəzalandırılmalıdır. Onlar cəzalarını alacaqlar. Ukraynanın qələbəsini istədiyimiz üçün əlimizdən gələn dəstəyi göstərməkdə qətiyyətliyik.

Aİ-nin Ukraynanın yanında olacağına söz verdiyini vurğulayan Mişel "İndiyədək bir çox konkret tədbirlər görmüşük. Bu kifayət deyil və ona görə də daim Rusiyaya təzyiqləri artırmağa çalışırıq" deyib.

Şarl Mişel Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı isə deyib ki,  Aİ daxilində üzvlük prosesi ilə bağlı müxtəlif fikirlərin olduğu “sirr deyil” Bu həm hüquqi, həm də siyasi bir prosesdir.

İyunun sonunda Aİ Komissiyasının öz fikrini açıqlamasının lazım olduğunu bildirən Mişel bu proses reallaşan kimi qiymətləndirmə prosesinə başlayacağını bildirib.

Şura sədri Rusiyaya neft və qaz embarqosu ilə bağlı “Şəxsən əminəm ki, bu, gec-tez həll olunacaq, çünki Aİ Rusiyadan enerji asılılığını dayandırmaqda qərarlıdır” deyib.



Әlaqәli Xәbәrlәr