Ukraynanın xarici işlәr naziri Bolqarıstana sәfәr edib

Bolqarıstana sәfәr edәn Ukraynanın xarici işlər naziri Dmitro Kuleba paytaxt Sofiada hәmkarı Teodora Gençovska ilә görüşüb.

1814603
Ukraynanın xarici işlәr naziri Bolqarıstana sәfәr edib

 

Bolqarıstana sәfәr edәn Ukraynanın xarici işlər naziri Dmitro Kuleba paytaxt Sofiada hәmkarı Teodora Gençovska ilә görüşüb.

Görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edәn Dmitro  Kuleba Bolqarıstana Ukraynanın Avropa İttifaqı (Aİ) və NATO üzvlüyünə verdiyi dəstəyə və ukraynalı qaçqınları qoruduğuna görə təşəkkür edib.

Ukrayna ilә Rusiya arasındakı müharibәnin 55 gündür davam etdiyini ifadә edәn Dmitro Kuleba deyib: "Biz yalnız  Ukrayna üçün deyil, Bolqarıstanın və Qara dəniz bölgəsindəki bütün ölkələrin təhlükəsizliyi üçün mübarizə aparırıq. Rusiyanın təcavüzü ilə üz-üzə qalmayasınız deyә mübarizә aparırıq. Qәtliam törәdәn, işgəncə edәn vә qadınları zorlayan bu günkü Rusiya  anlayışa layiq deyil. Bunu anlamanızı istəyirəm''.

Dmitro Kuleba deyib: ‘‘Ümid edirəm ki, yaxın gələcəkdə ukraynalılar yenidən Bolqarıstana qaçqın kimi deyil, turist kimi səfər edəcəklər”.

Gencovska isə Avtopa İttifaqına vә NATO-ya üzv bütün ölkələrin Ukraynanı dəstəkləməsinin vacibliyini vurğulayıb.

Gençovska bildirib ki, Bolqarıstan kiçik dövlət olsa da, böyük yardım edir.

"Ölkəmiz öz imkanları çərçivəsində 91 min ukraynalı qaçqını qəbul edib. Bolqarıstan Qızıl Xaç Təşkilatı (CRC) Ukraynaya 1,5 milyon avro, Xarici İşlər Nazirliyimiz isə 185 min avro göndərib",-deyә Teodora Gençovska vurğulayıb.

Gençovska Ukraynanı dəstəkləməyə davam edəcəklərini və ikitərəfli əməkdaşlığın yaxın gələcəkdə sülh şəraitində davam edəcəyinə ümid etdiklərini bildirib.

 



Әlaqәli Xәbәrlәr